logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elnur Ağabəyovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

23 noyabr 2019, 13:30

Çox hörmətli cənab Prezident.

Sizin məqsədyönlü siyasətinizi dəstəkləyirəm. Verdiyiniz tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi Mingəçevir şəhərində də öz əksini tapmışdır.

Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən 7 və 9 nömrəli binalarda yaşayan sakinlər adından Sizə öz minnətdarlığımızı bildiririk. Binamızın qarşısına səliqəli şəkildə asfalt örtüyü döşənib, köhnə oturacaqlar təmir edilib, məhəlləmiz abad görkəm alıb. Ona görə də bu təşəkkür məktubunu yazmağı özümə borc bildim.

Azərbaycan Respublikasının bir gənc vətəndaşı olaraq Sizinlə qürur duyuram!

Hörmətlə,

Ağabəyov Elnur Şükür oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.-0-

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi