Nizami Həsənovdan, Masallı, Azərbaycan


22 noyabr 2019, 14:50
Hörmətli cənab Prezident.
Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının əsaslı təmirinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Ölkəmizin sosial-iqtisadi inkişafının mühüm göstəricisidir ki, bu gün kəndlərdə yaşayan uşaqlar belə gözəl şəraiti olan gözəl bağçalarla təmin edilirlər. Şübhə yoxdur ki, bu amil kənd uşaqlarının intellektual səviyyəsinin artmasına, onların inkişafına gətirib çıxaracaqdır. Biz bunu görüb qəlbən sevinirik. Həm də ona görə şadıq ki, bilikli, savadlı gənclərin sayı artdıqca kəndimiz də inkişaf edəcək, iqtisadi, mədəni səviyyəsi daha da yüksələcəkdir.
Bütün bunlar Azərbaycanın düşünülmüş, məqsədyönlü siyasət nəticəsində irəli getdiyini göstərir. Bu siyasətin memarına və onun layiqli davamçısına – ulu öndərimiz Heydər Əliyevə və Sizə hər zaman minnətdarıq.
Hörmətlə,
Həsənov Nizami Oruc oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Səmidxan kəndi.