logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qəribə Babayevadan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

21 noyabr 2019, 23:00

Hörmətli cənab Prezident.

Sumqayıtın 70 illiyi münasibətilə və şəhərin sosial və iqtisadi inkişafında xidmətlərimə görə Sizin tərəfinizdən “Tərəqqi” medalı ilə təltif olunmağımdan çox böyük qürur və fərəh hissi duydum.

Ölkəmizin sosial-iqtisadi və mədəni həyatının yüksəldilməsində əməyi keçən şəxslərin təltif edilməsi artıq ənənə halını alıb. Müstəqillik illərində bu ənənənin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfindən layiqincə davam etdirilir. Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsi olaraq son illər ölkəmizdə qazanılan iqtisadi və sosial nailiyyətlər Sumqayıt şəhərinin timsalında əyani şəkildə görünür.

Şəhərimizə səfərinizdən sonra imzaladığınız sərəncamlarla verdiyiniz fəxri adlar, orden və medallar Sumqayıt sakinlərinə və əməkçilərinə göstərdiyiniz böyük etimad və qayğının bariz nümunəsidir. Bizim qarşımızda duran əsas vəzifə isə bu etimadı əməli işimizlə doğrultmaqdır.

Səmimiyyətlə,

Babayeva Qəribə Yusif qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi