logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Toğrul Nəbiyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

21 noyabr 2019, 15:50

Hörmətli cənab Prezident.

Azərbaycan üçün gördüyünüz işlərə görə şəxsən öz adımdan və ailəm adından Sizə və ailənizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm.

Sizin uğurlu siyasətinizi bəyənir və hər zaman dəstəkləyirik. Müstəqil Azərbaycan Respublikasının azad vətəndaşı olaraq, Vətənimə, millətimə xidmət etməkdən qürur duyuram. Əmin-aman bir ölkədə, özəl sektorda çalışaraq özümə və ailəmə münasib şərait qurmuşam, heç bir problemim yoxdur.

Sizin vətəndaşlarla bu yaxın günlərdə olan görüşləriniz məni çox qürurlandırdı. Sadə bir vətəndaş kimi, mənən daha da gücləndim, həvəsləndim, fəxr elədim.

Sizin kimi müdrik və vətənpərvər Prezidenti bu Vətənə bəxş etdiyi üçün Allah-Təala Azərbaycan xalqının xilaskarı, ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Hörmətlə,

Nəbiyev Toğrul Nurəli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi