İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur


01 noyabr 2011, 12:20
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanmışdır. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunmuş, qapı-pəncərələr, oturacaqlar yenilənmiş, xidməti otaqlar, zal, səhnə yenidən qurulmuşdur. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulmuşdur.
Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılmışdır. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.