Əmiraslan Bəşirov və başqalarından, Yevlax, Azərbaycan


18 noyabr 2019, 18:00
Möhtərəm cənab Prezident.
Son dövrlərdə respublikamızda həyata keçirdiyiniz islahatları və Yevlax rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız sərəncamları, bununla əlaqədar göstəriş və tövsiyələrinizi böyük minnətdarlıq hissi ilə qarşıladıq.
Yevlax şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Sizin Sərəncamınızla vəsait ayrılması şəhər sakinlərində razılıq doğurub. Şəhərimizin sakinləri uzun illərdir ki, bu problemdən əziyyət çəkirlər.
Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan dünyada qabaqcıl ölkələrdən birinə çevrilib. Sizin diqqətiniz sayəsində Yevlaxda açılan yeni sənaye müəssisələri işsizliyin aradan qaldırılmasına, əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir göstərməkdədir.
Cənab Prezident, rayonumuza göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə bir daha minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzu edirik.
Hörmətlə,
Bəşirov Əmiraslan
Kərimxanova Telli
Əhmədova Zərxanım
Nəbiyeva Tamam
Mehdiyev Şükür və başqaları (cəmi: 15 nəfər).
Azərbaycan Respublikası, Yevlax şəhəri.