Neman Nəsibov və başqalarından, Yevlax, Azərbaycan


15 noyabr 2019, 17:00
Hörmətli cənab Prezident.
Yevlax sakinləri adından Sizə “Çox sağ olun!” deyirik. Rayonumuzun su və kanalizasiya sisteminin lazımi səviyyədə olmaması bizi çox narahat edirdi. Bu problemin həlli ilə əlaqədar imzaladığınız Sərəncama görə Sizə minnətdarlığımızı bildiririk. Bu Sərəncam Yevlax sakinlərinin ürəyindən oldu.
Siz həmişə biz vətəndaşları düşünür, problemlərimizin həlli üçün əlinizdən gələni edirsiniz. Bu işlərə görə biz hər zaman Sizi dəstəkləyir.
Allah Sizi qorusun, hər zaman köməyiniz olsun.
Hörmətlə,
Nəsibov Neman Bahyəddin oğlu
Məmmədov Sərdar Məmməd oğlu
Səmədova Nərmin Firudin qızı
Ağayeva Ülviyyə Arif qızı
İsmayılova Gülşən Zülfüqar qızı və başqaları (cəmi 8 nəfər).
Azərbaycan Respublikası, Yevlax şəhəri