“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Text size
14 noyabr 2019, 17:45
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, №1, maddə 23) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2019-cu il.