logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Əliyevdən, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

12 noyabr 2019, 16:35

Möhtərəm cənab Prezident.

Mən Qarabağ müharibəsi iştirakçısıyam, döyüş zamanı xəsarət alaraq birinci qrup əlil olmuşam. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Mənə qanunla nəzərdə tutulan bütün imtiyazlar şamil olunmuşdur. Vaxtilə dövlət tərəfindən verilən minik avtomobilindən indi də istifadə edirəm.

Fürsətdən yararlanaraq, digər bir məsələ ilə bağlı razılığımı da bildirmək istəyirəm. Yaşadığım ərazidə keçən ilə qədər, xüsusən də yay aylarında içməli sudan çox əziyyət çəkirdik. Tovuz rayonunun içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlər çərçivəsində problemimiz həll olunmuşdur. İndi evimizə bizi qane edən səviyyədə və keyfiyyətdə su gəlir.

Bütün bunlara görə Sizə minnətdarıq. Sağ olun, var olun.

Hörmətlə,

Əliyev Rafiq Cahan oğlu

1-ci qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Tovuz rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi