Günəş Nəsibovadan, Ağstafa, Azərbaycan


12 noyabr 2019, 12:00
Hörmətli cənab Prezident.
Sizin dövlətimiz, xalqımız üçün gördüyünüz yaxşı işlər barədə həm mən, həm də ailəm hər zaman fəxrlə söhbət açırıq. Sizdən çox razıyıq. Mənim atam sahibkardır. Sizin sahibkarlara böyük diqqət və qayğı göstərdiyinizin şahidiyik.
Hörmətli cənab Prezident, mən bir gənc Azərbaycan vətəndaşı olaraq Sizə dərindən təşəkkür edirəm. Yaxşı ki, Sizin kimi dövlət başçımız var. Azərbaycanımız Sizin rəhbərliyinizlə inkişaf edir və əminəm ki, uğurlarımız gələcəkdə də davam edəcəkdir. Sizi çox sevirik və hər zaman yanınızdayıq.
Hörmətlə,
Nəsibova Günəş Adil qızı.
Azərbaycan Respublikası, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi.