logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mətanət Atakişiyevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

09 noyabr 2019, 12:15

Möhtərəm cənab Prezident.

Sizin imzaladığınız Sərəncamla “Tərəqqi” medalına layiq görülmüşəm. Bu yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz sənət adamları öz fəaliyyətimizdə Sizin böyük qayğınızı hər zaman hiss etmişik. Teatra olan böyük diqqətiniz və qayğıkeş münasibətiniz, mədəniyyət və incəsənət xadimlərinin əməyini yüksək qiymətləndirməyiniz bunun bariz nümunələridir. Siz mədəniyyət işçilərinin sosial durumlarının yaxşılaşdırılması istiqamətində də çox mühüm tədbirlər həyata keçirirsiniz. Onların Prezident təqaüdü ilə təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dediklərimə əyani sübutdur.

Bu qayğı bizim üzərimizə əlavə məsuliyyət qoyur. Öz işimizlə bu məsuliyyəti doğrultmağa çalışacağıq. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Atakişiyeva Mətanət.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi