logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məmməd Rüstəmovdan, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

08 noyabr 2019, 11:45

Hörmətli cənab Prezident.

Azərbaycanda gedən sürətli inkişaf bizim hər birimizi ürəkdən sevindirir. Bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşündə sədrliyin Azərbaycana keçməsi hər birimizdə qürur hissi doğurdu. Bu münasibətlə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Sizin tapşırıqlarınız, sərəncamlarınız hesabına bizim problemlərimiz həll olunur, insanları narahat edən məsələlər aradan qaldırılır. Bir neçə gün bundan əvvəl sakini olduğumuz Aşağı Öysüzlü kəndinin küçələri asfaltlandı və kəndimizdə abadlıq işləri həyata keçirildi. Elimizi, obamızı abad görmək bizə çox xoş gəlir və buna görə Sizə təşəkkür etməyi özümüzə borc bilirik.

Çox sağ olun, cənab Prezident! Yolunuz daim açıq, addımlarınız uğurlu olsun.

Hörmətlə,

Rüstəmov Məmməd.

Azərbaycan Respublikası, Tovuz rayonu, Aşağı Öysüzlü kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi