logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hacıbaba Məmmədov və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

04 noyabr 2019, 15:45

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə olan qayğınız əvəzsizdir. Biz teatr işçiləri də bu qayğıdan ruhlanaraq daha səmərəli işləməyə, bu sahədə yeni uğurlar əldə etməyə çalışırıq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə imzaladığınız Sərəncama əsasən bizi “Tərəqqi” medalı ilə təltif etməyiniz hər birimizi öz işimizə daha da həvəsləndirir.

Çalışdığımız kollektivə, o cümlədən bizə göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımızdan və ailələrimiz adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Məmmədov Hacıbaba

Həsənov Rafael

Məmmədov Elnur.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi