logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Möhübbət Kərimovdan, Xocalı, Azərbaycan

Text size icon-size icon-size

02 noyabr 2019, 15:30

Çox hörmətli cənab Prezident.

Sizin beynəlxalq tribunalarda möhtəşəm çıxışlarınızı, mötəbər şəxslərlə görüşlərinizi, beynəlxalq tədbirlərdə xarici dillərdə səlis nitq söyləməyinizi, sədrliyinizlə keçirilən iclasları həmişə fərəhlə izləmişik, hər zaman da bundan qürurlanmışıq. “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınızla Ermənistanın baş nazirinə verdiyiniz cavabınızla həm yüksək savadınızı, həm də cəsarətinizi bir daha göstərdiniz. Bir çox ölkənin dövlət və hökumət başçıları ilə səmimi dostluq və əməkdaşlıq münasibətləriniz də Azərbaycanın xeyrinə işləyən amildir.

Biz hər zaman Sizə güvənir və inanırıq. Siz həm siyasətdən, həm iqtisadiyyatdan, eləcə də bir çox digər sahələrdən danışanda insanda zəngin təəssürat yaranır. Sizin fenomenal yaddaşınız, cəsarətiniz, idarəetmə qabiliyyətiniz ulu öndərimiz Heydər Əliyevlə eynilik təşkil edir. Ölkəmizdə həyata keçirdiyiniz sosial-iqtisadi və siyasi fəaliyyətdə Mehriban xanım Əliyevanın yaxından iştirakı və Sizə layiqincə dəstək verməsi bu işlərin səmərəliliyini artırır və onları sürətləndirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın humanist, sosialyönümlü xeyriyyəçilik fəaliyyəti də xalqımızın diqqətindən yayınmır. Sizin ailə üzvləriniz ölkəmizin siyasi və mədəni həyatında çox mühüm rol oynayırlar.

Biz məcburi köçkünlər Sizin qayğınızı də həmişə görürük. Bütün bu fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildirirəm.

Hörmət və ehtiramla,

Kərimov Möhübbət, məcburi köçkün.

Azərbaycan Respublikası, Xocalı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi