logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qurban Rüstəmov və başqalarından, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

01 noyabr 2019, 18:30

Möhtərəm cənab Prezident.

Sizin bədnam qonşumuz Ermənistanla siyasi və diplomatik sahədə davamlı mübarizəniz xalqımızda ruh yüksəkliyinə səbəb olur, torpaqlarımızın azad olunacağına inamı artırır.

Soçi və Aşqabad şəhərlərində keçirilən mötəbər tədbirlərdə Ermənistan baş nazirinin uydurma bəyanatı və bu dövlətin faşizmə verdiyi dəstək ilə bağlı səsləndirdiyiniz fikirlər və dəyərli sözlər çox təsirli alındı. Düşmən tərəfin bəyanatından fərqli olaraq, Siz tarixi faktlarla və əsl reallığı təcəssüm etdirən sözlərlə çıxış etdiniz. Elə buna görə də Sizin çıxışlarınız böyük maraqla qarşılandı.

Əziz Prezidentimiz, Qarabağın azadlığı uğurunda apardığınız mübarizədə Sizə qələbə arzulayırıq.

Ağdam rayonunun bir qrup köçkün orta məktəbinin kollektivləri adından hörmətlə,

Rüstəmov Qurban Səhrad oğlu

Ağayev Əlzamin Yahya oğlu

Bağırova Könül Rəmyəddin oğlu

Nadirov Ramiz Əziz oğlu və başqaları (cəmi 7 nəfər).

Azərbaycan Respublikası, Ağdam rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi