İsmayıl İsmayılovdan, Biləsuvar, Azərbaycan


01 noyabr 2019, 18:00
Möhtərəm cənab Prezident.
Siz Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməklə xalqa ləyaqətlə xidmət göstərirsiniz. Apardığınız xarici və daxili siyasət xalq tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, biz təhlükəsiz və firavan yaşayırıq. Xalqımız bu xidmətinizə görə Sizinlə həmişə fəxr edəcəkdir.
Mən 2015-ci ildən onkoloji xəstəyəm. Mütəmadi olaraq Bakı şəhərində və Biləsuvar rayonunda yerləşən səhiyyə ocaqlarında müayinə və müalicə olunuram. Xəstəxanaların əsaslı şəkildə yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması Sizin xalqa xidmətinizin daha bir nümunəsidir.
Biz Sizə arxalanırıq və Sizinləyik. Siz də həmişə xalqa arxalana bilərsiniz. Heç bir qüvvə, heç bir təxribat xalqı Sizdən narazı sala bilməz.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İsmayılov İsmayıl Şahüseyn oğlu.
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Ovçubərə kəndi.