logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vidadi Quliyev və Elyana Cabbarovadan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

01 noyabr 2019, 13:35

Hörmətli cənab Prezident.

Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız xalqımız tərəfindən alqışlarla qarşılandı. Bu çıxış bir daha hamını əmin etdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını son qarışınadək azad edəcək.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəsinə çevrilib. Qazanılan uğurlar ölkənin beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Bu güclü dövlət Sizin həyata keçirdiyiniz siyasətlə daha da qüdrətlənir. Əminik ki, Qələbə günü uzaqda deyil. Bu şərəfli işinizdə Sizə bol-bol uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyev Vidadi

Cabbarova Elyana.

Azərbaycan Respublikası, Ağdam rayonu, Zəngişalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi