Nurəddin Mehdixanlıdan, Bakı, Azərbaycan


31 oktyabr 2019, 16:40
Möhtərəm cənab Prezident.
Azərbaycan Milli Dram Teatrının dövlət statusu almasının 100 illiyi münasibəti ilə verdiyiniz xüsusi Sərəncama və 100 illik yubiley münasibəti ilə Azərbaycan teatr mədəniyyətinə və bu sahədə çalışanlara göstərdiyiniz böyük diqqət və qayğıya, verdiyiniz yüksək dəyərə, yaşatdığınız hədsiz sevincə, fəxarət hissinə görə Sizə böyük hörmətimi, minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Müstəqil Azərbaycan Respublikasının yüksək fəxri adlarına layiq görülmək, orden və medalları ilə təltif olunmaq, hər bir azərbaycanlı, hər bir sənət adamı üçün milli qürur və fəxarət mənbəyi, şərəf və ləyaqət məsələsidir. Bu qürur və fəxarət hissini, bu böyük səadəti mənə və ailəmə, həmkarlarıma yaşatdığınıza, məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə bir daha öz adımdan və ailəm adından Sizə səmimi qəlbdən təşəkkür edir, böyük hörmət və ehtiramımı bildirirəm.
Qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin əbədi var olması yolunda göstərdiyiniz böyük və dönməz fəaliyyətinizdə daim Sizinləyik, Sizin yanınızdayıq.
Qoy Uca Tanrı Sizi, millətimizi, dövlətimizi, bayrağımızı qorusun.
Böyük hörmətlə,
Quliyev (Mehdixanlı) Nurəddin Əzulla oğlu,
Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyoru
Azərbaycan Respublikası, Bakı şəhəri.