logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sudeyib Məhərrəmov və Zərifə Həsənovadan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

31 oktyabr 2019, 11:45

Hörmətli cənab Prezident!

Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınızla Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdiniz. Sizin həyata keçirdiyiniz siyasətin başlıca məqsədi Azərbaycanı daha qüdrətli dövlətə çevirməkdir.

Cənab Prezident.

Sizin apardığınız siyasət nəticəsində xalq bu gün əmin-amanlıq içində yaşayır. Xalqımız inanır ki, işğal olunmuş torpaqlarımız da Sizin rəhbərliyinizlə yaxın vaxtlarda azad ediləcək.

Bütün sahələrdə Sizi dəstəkləyir, işlərinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Məhərrəmov Sudeyib Rəsul oğlu,

Həsənova Zərifə Yaşar qızı.

Azərbaycan Respublikası, Ağdam rayonu, Mahrızlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi