Kyazım Abdullayevdən, Bakı, Azərbaycan
Text size


31 oktyabr 2019, 12:30
Möhtərəm cənab Prezident.
Sizin Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə daim göstərdiyiniz qayğı və ehtirama, teatr və kino fəaliyyətimi nəzərə alaraq, Akademik Milli Dram Teatrının 100 illiyi münasibəti ilə məni ölkəmizin ən ali mükafatlarından birinə - “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu mükafatın dəyəri mənim üçün çox böyükdür. Öz sənət uğurlarımla bu etimadı doğrultmağa çalışacağam.
Çox sağ olun, cənab Prezident!
Abdullayev Kyazım Ənvər oğlu,
Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyoru
Azərbaycan Respublikası, Bakı şəhəri.