Aygün İsgəndərova və başqalarından, Ağdam, Azərbaycan


30 oktyabr 2019, 16:15
Hörmətli cənab Prezident.
Müstəqilliyimizin qorunub saxlanılması üçün gördüyünüz işlərə görə xalqımız Sizə minnətdardır. Bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, tam müstəqil siyasət yürüdür. Sizin sözlərinizlə desək, Azərbaycan gələcəklə bağlı aydın baxışa malik tam müstəqil dövlətdir.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında, həmçinin Türkmənistanın Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasındakı qətiyyətli çıxışlarınızla bir daha müstəqil Azərbaycanın haqlı mövqeyini diqqətə çatdırdınız. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycanın ədalətli və haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
Cənab Prezident, beynəlxalq arenada Azərbaycan həqiqətləri barədə çıxışlarınız bizim ürəyimizi fərəhləndirdi. Buna görə Sizə Ağdam rayon təhsil işçiləri adından minnətdarlığımızı çatdırırıq. Daim Sizinlə olduğumuzu bildirir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
İsgəndərova Aygün Cənnət qızı,
Məmmədova Leyla Amil qızı,
Əzizov Rahil Rəhbər oğlu,
Əliyeva Həlimə Səfər qızı və başqaları (cəmi 11 nəfər)
Azərbaycan Respublikası, Ağdam rayonu.