logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pərviz Salmanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

30 oktyabr 2019, 14:40

Möhtərəm cənab Prezident.

Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınız Azərbaycan ziyalıları tərəfindən fəxarət hissi ilə qarşılandı. “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz artıq bizim üçün doğma yurdlara qayıdış şüarıdır.

Qətiyyətli mövqeyinizə, həmçinin xalqın rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlara görə Sizə minnətdarıq.

Biz müəllimlər də Sizin diqqət və qayğınızla tam əhatə olunmuşuq. Maaşlarımızın artırılması, işində fərqlənənlərin təltif olunması müəllimləri savadlı, vətənpərvər gənc nəsil yetişdirmək işinə daha məsuliyyətlə yanaşmağa sövq edir.

Son islahatlara, həmçinin ticari və mədəni əlaqələrin möhkəmləndirilməsində yeni nəslə güvəndiyinizə görə də xalqımız Sizi dəstəkləyir.

Kollektivimiz adından Sizə gələcək işlərinizdə uğurlar arzulayır və daim Sizi dəstəklədiyimizi bildiririk.

Hörmətlə,

Salmanov Pərviz, Ağdam rayonu 39 saylı köçkün tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi