logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hətəm Sultanov və başqalarından, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

29 oktyabr 2019, 14:10

Hörmətli cənab Prezident.

Sizin ölkəmizi və xalqımızı beynəlxalq tədbirlərdə layiqincə təmsil etməyiniz, milli maraqlarımızı və haqq səsimizi dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmağınız, bədnam düşmənlərimizlə siyasi və diplomatik müstəvidə uğurla mübarizə aparmağınız biz vətəndaşları sevindirir və məmnun edir. Sizin çıxışlarınızı dinlədikcə, cəsarətli sözlərinizə qulaq asdıqca fərəhlənir, güclü və qüdrətli ölkənin vətəndaşları olmağımızla fəxr edirik.

“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bir müddət əvvəl Ermənistan baş nazirinin səsləndirdiyi populist bəyanatına cavabınız da bizi qürurlandırdı. Sizin dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərindən sonra ürəyimizdə yeni ümidlər, yeni arzular alovlandı.

Cənab Prezident, biz qarabağlılar ətrafınızda daim sıx birləşərək Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə doğma Qarabağımıza qayıdacağıq.

Hörmətlə,

Sultanov Hətəm Sultan oğlu

Aslanov Ziyadxan Xəlil oğlu

Dünyamalıyev Anar Rüstəm oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi