Əbil Zeynalovdan, Bakı, Azərbaycan


29 oktyabr 2019, 11:10
Hörmətli cənab Prezident.
Sizin qayğınız nəticəsində məcburi köçkünlərin istifadəsinə verilən “Qobu Park-2” yaşayış kompleksi yüzlərlə ailənin sevincinə səbəb oldu. Çətin günlər görmüş məcburi köçkünlər üçün yeni mənzil yeni həyat deməkdir.
Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində son illərdə mənzil-məişət şəraiti yaxşılaşan məcburi köçkünlərin sayı getdikcə artır.
Tam təmirli mənzillər, müasir qəsəbələr məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, öz doğma el-obamıza, işğal altındakı yurdlarımıza qayıtmaq inamımızı da gücləndirir.
Türkmənistanın Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Siz Ermənistan rəhbərliyinin faşist xislətini bir daha ifşa etdiniz, bu işğalçı ölkəni idarə edənlərin təkcə regionumuz üçün deyil, ümumiyyətlə, bəşəriyyət üçün təhlükəli yolda olduğunu göstərdiniz.
Məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə Sizə və Mehriban xanıma təşəkkür edir, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün apardığınız qətiyyətli siyasəti ürəkdən bəyəndiyimizi bildiririk.
Biz əminik ki, Azərbaycan öz əbədi və əzəli torpaqlarını tezliklə işğaldan azad edəcəkdir. Əminik ki, Sizin rəhbərliyinizlə biz məcburi köçkünlər - bu torpaqların əsl sahibləri öz doğma yurdlarımıza qayıdacaq, həmin yerlərdə həyatın yenidən canlanmasına nail olacağıq. Sizə bu müqəddəs missiyanı yerinə yetirməkdə uğurlar arzulayırıq.
Hörmətlə,
Zeynalov Əbil Cahangir oğlu, Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin sədri, müharibə veteranı
Qaraşov Yaqub Salah oğlu, müharibə veteranı
Məmmədova Almaz Famil qizi, şəhid ailəsinin üzvü
Mehdiyev Əhliyyət Zaman oğlu, Aprel döyüşləri əlili
Vəliyev Sahib Vaqif oğlu, Aprel döyüşləri əlili və başqaları (cəmi 12 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.