Qəmər Əliyevadan, Sumqayıt, Azərbaycan
Text size


28 oktyabr 2019, 14:30
Hörmətli cənab Prezident.
Siz gərgin əməyinizlə Azərbaycanı gülüstana çevirmisiniz. Rəhbərliyinizlə görülən işləri, bütün sahələrdəki inkişafı ancaq nankorlar görməyə bilər.
Pensiyaların artımı yüz minlərlə insan kimi məni də çox sevindirdi. Bizi düşündüyünüzə, gələcəyə ümidləndirdiyinizə görə Sizə təşəkkür edirik. Sizin qayğınız mənim kimi kimsəsiz insanların tək olmadığını, hər zaman bizi düşündüyünüzü göstərir.
Allah Sizi bəd nəzərlərdən qorusun, Sizə və ailə üzvlərinizə uzun ömür versin. Uca Tanrı Sizin kölgənizi Azərbaycanın üstündən əskik etməsin.
Hörmətlə,
Əliyeva Qəmər Sahib qızı
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.