logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Miri Miriyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

28 oktyabr 2019, 12:15

Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyevin öz yurdlarından didərgin düşmüş məcburi köçkünlərə qayğısı bu gün layiqincə davam etdirilir. Sizin müvafiq fərman və sərəncamlarınıza əsasən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq inşa edilən “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlər artıq rahat, hər bir şəraitə malik mənzillərdə yaşayırlar.

Həmin yaşayış kompleksində mənzillə təmin olunduğuma görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qayğıkeş bir rəhbər olaraq xalqımız üçün hər zaman qorusun.

Əminik ki, Sizin rəhbərliyinizlə torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik. Bu yolda hər zaman Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm.

Hörmətlə,

Miriyev Miri Əfqan oğlu, Zəngilan rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi