logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günel Vəliyeva və Nərminaz Nəcəfovadan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

26 oktyabr 2019, 14:00

Möhtərəm cənab Prezident.

Günbəgün inkişaf edən müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin və Sizin mükəmməl əsərinizdir. Bu əsərin altında Sizlərin parlaq imzalarınız var.

Bu ay Soçidə və Aşqabadda keçirilən mötəbər tədbirlərdəki çıxışlarınız hər bir vətənpərvər azərbaycanlı kimi bizə də böyük qürur hissi yaşatdı. Siz xalqımızın ürəyindən keçən sözləri düşmənə çox müdrik və diplomatik formada deməklə, bizi növbəti dəfə sevindirdiniz.

Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı, daim ucalarda və xalqımızın yanında olmağınızı arzulayırıq. Biz birlikdə daha güclüyük!

Ağdam rayon 34 və 36 saylı köçkün orta məktəblərin kollektivləri adından hörmətlə,

Vəliyeva Günel Bəhram qızı,

Nəcəfova Nərminaz Marks qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi