logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsgəndər Quliyev və Çəmən Muxtarovadan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

26 oktyabr 2019, 11:25

Möhtərəm cənab Prezident.

Ermənistan baş nazirinin yalan və uydurma bəyanatına tutarlı cavabınız bizə yeni ümidlər, yeni ruh bəxş etmişdir.

“Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri tarixə qızıl hərflərlə yazıldı. Bu kəsərli sözlər düşməni qılınc kimi yaraladı.

İnanırıq ki, işğal altında olan Qarabağımız Sizin sayənizdə tezliklə azad ediləcək və bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına dönəcəklər. Bizə bu sözləri deməyə Sizin siyasətiniz əsas verir.

Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Quliyev İsgəndər Binnət oğlu,

Muxtarova Çəmən Əyyub qızı

Azərbaycan Respublikası, Ağdam rayonu, Alıbəyli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi