logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mübariz Abuşov və Aidə İsayevadan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

25 oktyabr 2019, 16:15

Hörmətli cənab Prezident.

Sizin aqrar məsələlərə ayırdığınız diqqət, bu sahəyə göstərdiyiniz dəstək kənd zəhmətkeşlərinin əməyinin daha ruzili olmasına, onların bol məhsul götürməsinə rəvac vermişdir.

Biz əvvəllər suvarma suyu problemindən çox əziyyət çəkirdik. İnanın ki, əlimiz işdən soyumuşdu. Çünki, əkdiyimiz məhsulun vaxtında suvarılmasına təminat yox idi, zəhmətimiz hədər gedirdi. Sizin müvafiq sərəncamlarınız əsasında, son illərdə aqrar rayonlarda yüzlərlə subartezian quyusunun qazılıb istifadəyə verilməsi bu problemin həllinə çox böyük təsir göstərmişdir. Belə quyulardan biri də bizim kəndimizdə qazılmışdır.

Əziz Prezidentimiz, kəndin sadə və zəhmətkeş insanlarının gözündəki sevinc işığını, üzlərindəki saf təbəssümü görmək nəyə desəniz dəyər. Biz də bu sevinci yaşayan şəxslər olaraq Sizə təşəkkür edirik. Allah evinizdən ruzi-bərəkəti, ocağınızdan hərarəti əskik etməsin!

Hörmətlə,

Abuşov Mübariz Əvəz oğlu,

İsayeva Aidə Seyidqulu qızı.

Azərbaycan Respublikası, Masallı rayonu, Kolatan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi