Mütəllim Cavadovdan, Ağdam, Azərbaycan


24 oktyabr 2019, 18:15
Möhtərəm cənab Prezident.
Xalqımızın milli mənafeyini hər zaman yüksək tribunalardan müdafiə etməyiniz, haqq səsimizi dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmağınız bizi çox qürurlandırır. Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınız, “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz də bizi fərəhləndirdi. Siz bununla Ermənistanın baş nazirinin reallıqdan uzaq və məntiqsiz bəyanatına layiqli cavab verdiniz. Buna görə Sizə minnətdarlıq etmək bizim vətəndaşlıq borcumuzdur.
Cənab Prezident, dövlətimizin məqsədyönlü işi sayəsində Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir. Bütün bunlara görə bir azərbaycanlı olaraq Sizinlə qürur duyuram.
Hörmətlə,
Cavadov Mütəllim Yediyar oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.