Vüsalə Həmidovadan, Bakı, Azərbaycan
Text size


24 oktyabr 2019, 12:45
Hörmətli cənab Prezident.
Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Siz layiqli dövlət başçısı kimi ölkəmizdə sabitliyin, əmin-amanlığın qarantısınız.
Pensiyaların, maaşların artırılması, bütün sahələrdə aparılan yenidənqurma işləri ölkəmizi dünya arenasında öndəgedən respublika kimi tanıdır.
Ölkədə aparılan quruculuq işlərinə, sülh şəraitində rahat yaşadığımıza görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir və “Çox sağ olun!” deyirik.
Hörmətlə,
Həmidova Vüsalə Vaqif qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.