Zaur Qasımovdan, Qobustan, Azərbaycan


24 oktyabr 2019, 11:50
Hörmətli cənab Prezident.
Qədirbilən xalqımız Sizin siyasətinizi, Azərbaycanın rifahı üçün gördüyünüz işləri ürəkdən dəstəkləyir, uğurlarınıza sevinir. Biz bilirik ki, Siz Vətən uğrunda nə etmək lazımdırsa, onu da edirsiniz.
Cənab Prezident, Siz ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, ölkəmizin davamlı inkişafına nail olmusunuz. Bu inkişaf bütün bölgələri əhatə edir. “İlhamla irəli” şüarı biz gənclər üçün mayak və uğur mənbəyi oldu.
Uzaqgörən və yorulmaz fəaliyyətinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirir, yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Qasımov Zaur Mehdi oğlu.
Azərbaycan Respublikası, Qobustan rayonu.