logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vəfa Hüseynova və Nofəl Məmmədovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2019, 10:40

Hörmətli cənab Prezident.

Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınız mənfur Ermənistanın baş nazirini mat vəziyyətinə qoydu. Qətiyyətiniz bizi sevindirməklə yanaşı, bütün məcburi köçkünləri doğma yurd-yuvalarına qayıtmağa ümidləndirdi.

Biz Sizin rəhbərliyinizlə Qələbə Gününü qeyd edəcəyimizə, viran qalmış Qarabağın çiçəklənəcəyinə əminik.

Yürütdüyünüz siyasət, Azərbaycan naminə atdığınız addımlar xalq tərəfindən yüksək qiymətləndirilir. Sizə bu işlərə görə minnətdarlıq edərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hüseynova Vəfa

Məmmədov Nofəl

Azərbaycan Respublikası, Ağdam rayonu, Əliməmmədli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi