İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir
29 oktyabr 2011, 20:00
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, dost və qardaş Türkiyə xalqına firavanlıq arzulamışdır.
Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildirmiş, Azərbaycan Prezidentinin Türkiyəyə son səfərinin və səfər zamanı imzalanmış sənədlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulamış, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etmişlər.