logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azad Səmədov və başqalarından, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

23 oktyabr 2019, 13:10

Çox hörmətli cənab Prezident.

Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi sayəsində bütün bölgələr kimi, Sabirabad rayonu da böyük inkişaf yolundadır.

Biz tələbələr də yaradılmış şəraitdən səmərəli bəhrələnirik. Çalışırıq ki, gənclərə göstərilən diqqət və qayğıya əməli işimizlə cavab verək. Ölkəmizdə sabitliyi pozmağa cəhd göstərmək istəyən şəxslərə qarşı mübarizik və onlara öz sözümüzü çatdırırıq.

Sizin tapşırığınızla dövlət orqanlarının vəzifəli şəxslərinin rayonlarda keçirdikləri qəbullar böyük səmərə verir. Sentyabr ayında Suqovuşan kəndində körpünün bərpası ilə bağlı qaldırdığımız məsələ qısa müddətdə müsbət həllini tapdı.

Sizə minnətdarıq, cənab Prezident! Allah Sizi qorusun

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri adından hörmətlə,

Səmədov Azad Hüseyn oğlu

Mikayılzadə Nərmin Knyaz qızı

Kərimli Toğrul Ötgün oğlu

Hacızadə Şəmistan Əlqasım oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi