logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Haqverdi Əliyev və başqalarından, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

22 oktyabr 2019, 16:30

Hörmətli cənab Prezident.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, ölkəmizin davamlı inkişafına nail olmusunuz. Bu inkişaf bütün bölgələri əhatə edir. Son illər görülən işlər nəticəsində işıq, qaz, su təminatındakı problemlər kökündən həll olunub.

Hazırda respublikanın kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bu quruculuq işlərindən kəndimizə də pay düşüb. Belə ki, kəndimizin yolu yenidən qurularaq ilk dəfə asfaltlanıb. Kənd sakinlərinin arzuları, xəyalları artıq gerçəkləşib.

Cənab Prezident, Sizin sayənizdə kəndimiz yüksək keyfiyyətli yola sahib oldu. Ulu Öndərimizin sözləri ilə desək, “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir”. Siz bizim kəndimizə yeni həyat bəxş etdiniz.

Sizin kimi qayğıkeş, xalqa can yandıran Prezidentimizin olduğu üçün fəxr edirik. Bütün bölgələrə, o cümlədən kəndimizə göstərdiyiniz qayğıya görə Sizə bir daha təşəkkürümüzü bildiririk.

Sizə və ailənizə xoş günlər, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Arzu edirik ki, tezliklə bayrağımız yenidən Qarabağımızda dalğalansın. Əminik ki, belə gözəl yollar doğma Qarabağda da çəkiləcəkdir.

Hörmətlə,

Əliyev Haqverdi Ələm oğlu

Bəkirov Fariz Fazil oğlu

Hümmətov Pərviz Ramiz oğlu

Əliyev Anar Məmməd oğlu və başqaları (cəmi 34 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Birinci Aral kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi