Seyran İsmayılovdan, Lerik, Azərbaycan


22 oktyabr 2019, 14:10
Çox hörmətli cənab Prezident.
Adını müxalifət qoyan xarici qüvvələrin dəstəyi ilə bir qrup şəxsin son günlər küçəyə çıxaraq dövlətimizə və dövlətçiliyimizin imicinə xələl gətirmək cəhdini birmənalı olaraq pisləyir, bunu ölkəmizə və Prezidentimizə qarşı təxribat kimi qəbul edirik. Onlar unutmasınlar ki, heç bir qüvvə xalqı onun seçdiyi Prezidentindən ayrı sala bilməz.
Cənab Prezident, Sizin rəhbərliyinizlə dövlətimizin nüfuzunun artması və iqtisadiyyatının inkişafı göz qabağındadır. Bu il əməkhaqqı və pensiyaların iki dəfəyə yaxın artırılması bu inkişafın bariz nümunəsidir. Regionların inkişafı üçün gördüyünüz işlərə görə “Mən hər bir vətəndaşın Prezidenti olacağam” sözləriniz yerlərdə insanların dilində əzbərdir.
Cənab Prezident, biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə Sizə cansağlığı və bol uğurlar arzulayırıq.
Dərin hörmətlə,
İsmayılov Seyran Maarif oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu.