Əvəz Mikayılov və başqalarından, Ağdam, Azərbaycan


22 oktyabr 2019, 10:40
Hörmətli cənab Prezident.
Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında bir çox ölkədən olan nümayəndə heyətləri qarşısında səsləndirdiyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi, həmçinin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında Ermənistan dövlətinin faşizmə verdiyi dəstəyə və işğalçı siyasətinə kəskin mövqe nümayiş etdirməyiniz Ağdam ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.
Sizin sayənizdə dünya birliyi bir daha əmin oldu ki, bizim yolumuz haqq yoludur. Biz yolda mütləq qələbə qazanacağıq. Allahdan Sizə uzun ömür, cansağlığı, Qarabağın azadlığı uğrunda mübarizədə uğurlar arzulayırıq.
Hörmətlə,
Mikayılov Əvəz
Əhmədov Elnur
İsgəndərov Vasif
Nəcəfov Mətləb.
Azərbaycan Respublikası, Ağdam rayonu.