Ruslan Ağasiyevdən, İstanbul, Türkiyə


21 oktyabr 2019, 13:35
Çox hörmətli cənab Prezident.
Sizin uzaqgörən daxili və xarici siyasətinizin bir parçası olaraq, dövlət hesabına xaricdə təhsil almaq imkanı əldə edən gənclərin adından yazaraq Sizə bildirmək istəyirəm ki, Azərbaycanın inkişafını və suverenliyini həzm edə bilməyən qara qüvvələrə arxalanan və onlardan qidalanan bəzi üzdəniraq və mənfur niyyətli insanların oktyabrın 19-da Bakı şəhərində keçirməyə cəhd göstərdikləri aksiya onların növbəti xəstə təxəyyülündən başqa bir şey deyildir. Çox təəssüf ki, bu “vətəndaşlar” ulu öndərimiz Heydər Əliyev və bilavasitə Sizin uzun illər boyu əzab-əziyyətlə qazandığınız iqtisadi və siyasi inkişafı baltalamağa çalışırlar. Onlar heç Azərbaycan vətəndaşı adına da layiq deyillər, maddi maraq naminə radikal dini ekstremist qruplaşmalara qatılan terrorçulardan heç bir fərqləri yoxdur. Onlar istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan Sizin əməyiniz sayəsində sağlam təməllər üzərindədir və ölkəmizin suverenliyi sarsılmazdır.
Cənab Prezident, uzaqgörən siyasətinizin davamlı dəstəkçiləri olaraq biz gənclər bir əsgər kimi daim Sizin xidmətinizdəyik. Bir diaspor üzvü olaraq Azərbaycanın gələcəyini Sizinlə parlaq, sağlam və möhkəm görürəm. Bütün işlərinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Ağasiyev Ruslan Telman oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri.