Ələsgər Ramazanovdan, Sabirabad, Azərbaycan
Text size


21 oktyabr 2019, 12:25
Çox hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə inkişaf edən Azərbaycanda görülən işlər danılmazdır. Sabirabad rayonunun sakini olduğumuz Suqovuşan kəndində də abadlıq işləri aparılıb, çınqıllı yollara asfalt örtüyü çəkilib.
Bizim kəndlə birlikdə üç kəndi birləşdirən və suvarma kanalının üzərində yerləşən beton körpü yararsız halda idi. Bu yaxınlarda körpü müasir tələblərə uyğun tikilib istifadəyə verildi.
Bütün bunlara görə Suqovuşan kəndinin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Ramazanov Ələsgər Hacı oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Suqovuşan kəndi.