Ülfət Əliyevdən, Naftalan, Azərbaycan


21 oktyabr 2019, 12:05
Hörmətli cənab Prezident.
Xalqımız xoşbəxt və uğurlu gələcəyə yalnız Sizinlə gedir və bütün bunlara görə Sizə minnətdarıq. Biz gənclər hər zaman Sizinləyik, cənab Prezident! Siz haqqın, ədalətin, ölkəmizdəki, o cümlədən kurort şəhərimiz Naftalandakı inkişafın təminatçısısınız. Ölkəmizi istənilən yerdə layiqincə təmsil etməyiniz və düşmənlərə verilən tutarlı cavablarınız bizi daha da qürurlandırır. Biz Sizinlə fəxr edirik. Hər kəs ölkəmizdə olan inkişafı və rahat həyatı yüksək qiymətləndirir.
Cənab Prezident, son günlər baş verən hadisələr bizi çox hiddətləndirir. Təxribata və təxribatçılara ən sərt mövqe nümayiş etdirərək, ölkəmizdəki sabitliyin qorunması yolunda daim Sizinləyik. Həmişə var olun, cənab Prezidentim.
Dərin hörmətlə,
Əliyev Ülfət Fazil oğlu.
Azərbaycan Respublikası, Naftalan rayonu.