Fazil Ağayevdən, Ağdam, Azərbaycan


21 oktyabr 2019, 11:30
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin bədnam düşmənlərimiz ermənilərə tutarlı cavablarınız ölkə cəmiyyətində hər zaman böyük maraqla qarşılanıb.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız, “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz işğalçı ölkənin baş nazirinə yaxşı dərs oldu. Bu sözlər hər bir vətənpərvər azərbaycanlının ürəyindən xəbər verir.
Cənab Prezident, biz inanırıq ki, işğal altında olan torpaqlarımız Sizin uğurlu siyasətiniz nəticəsində yaxın zamanda işğaldan azad olunacaqdır. Ağdamın təhsil işçiləri Sizin rəhbərliyiniz altında bir yumruq kimi birləşiblər. Uca Yaradan Sizi qorusun!
Hörmətlə,
Ağayev Fazil.
Azərbaycan Respublikası, Ağdam rayonu.