logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Abdulla Seyfullayevdən, Lənkəran, Azərbaycan

Text size icon-size icon-size

19 oktyabr 2019, 13:55

Hörmətli cənab Prezident.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövr Azərbaycanda sosial-iqtisadi inkişaf, dövlət quruculuğu sahəsində mühüm mərhələ olub. Güclü xalq, güclü dövlət, güclü lider müstəqil Azərbaycanın devizinə çevrilib. Sizin müəyyənləşdirdiyiniz dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin xalqa, xalqın isə Prezidentinə arxalanması dövlətimizin möhkəmlənməsinə gətirib çıxarıb.

Doğma Azərbaycanımızın ən qədim və füsunkar yerlərindən söz düşəndə Lənkəran bölgəsi də xüsusi xatırlanır. Bu füsunkar məkan gündən-günə daha müasir, daha abad, daha gözəl şəhər siması alır. Bu inkişaf, yüksəliş, tərəqqi Sizin və Mehriban xanım Əliyevanın cənub bölgəsinə olan diqqət və qayğınız sayəsində mümkün olub.

Hörmətli cənab Prezident, mən bir vətəndaş kimi rayonumuzun gündəlik həyatı ilə yaxından maraqlanıram. Son illər ərzində rayonumuzda inkişaf görürəm, burada çox böyük tikinti, abadlıq işləri aparılır. Rayonda əhalinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, bir çox kəndlərdə yeni elektrik xətləri çəkilib, yarımstansiyalar tikilib istifadəyə verilib. Kəndlərin qazlaşdırılması əhalinin əziyyətinə son qoyub. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Seyfullayev Abdulla Gülməmməd oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Viyən kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi