logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tahir Məmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 oktyabr 2019, 11:55

Hörmətli cənab Prezident.

Müstəqil Azərbaycanın tərəqqisi, ölkəmizdə əmin-amanlığın və sabitliyin bərqərar edilməsi, regionda sülhə nail olunması bütün dünyada ümummilli liderimiz Heydər Əliyevə böyük nüfuz və hörmət qazandırıb. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.

Ulu Öndərin davamçısı olaraq Sizin Azərbaycan tarixinə qızıl hərflərlə yazdığınız şanlı səhifələrin sayı getdikcə artır. Keçən il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin təntənə ilə, çox yüksək səviyyədə qeyd edilməsi hər birimizi qürurlandırdı.

Siz ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu artırmaq üçün böyük inam və qətiyyətlə çalışır, Qarabağın işğaldan azad edilməsi, böyük qayıdışın reallaşması üçün böyük cəsarət və əzm göstərirsiniz. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranının təmin edilməsi məqsədi daşıyır. Ölkə vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur.

Şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılması, pensiyaların məbləğinin artırılması təşkilatımızın üzvləri tərəfindən yüksək qiymətləndirilir. Buna görə Sizə minnətdarıq.

Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin üzvləri adından dərin hörmətlə,

Məmmədov Tahir.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi