Ceyhun Abdullayevdən, Ağdam, Azərbaycan


19 oktyabr 2019, 11:20
Möhtərəm cənab Prezident.
Fəxr edirik ki, Sizin kimi qətiyyətli, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdıran və milli mənafeyimizi daim müdafiə edən Prezidentimiz var. Sizin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınız və “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz işğalçı ölkəyə güclü bir zərbə oldu. Bu sözlər cəbhə bölgəsində yaşayan ağdamlıların da ürəyindən xəbər verdi.
İnanırıq ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə tezliklə azad olunacaq, üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaqdır. Ağdamlı gənclər daim Sizinlədirlər.
Ağdam rayon 2 saylı peşə məktəbinin tələbələri adından hörmətlə,
Abdullayev Ceyhun Murad oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.