Sevinc Əkbərovadan, Yevlax, Azərbaycan


19 oktyabr 2019, 11:00
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizi 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.
Sizin oktyabr ayında Rusiyanın Soçi və Türkmənistanın Aşqabad şəhərlərinə səfərlərinizi yüksək qiymətləndiririk. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında səsləndirdiyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri, ümumilikdə, Azərbaycan xalqının mövqeyini əks etdirir. Biz bu mövqeyi dəstəkləyirik.
Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında erməni dövlətinin faşizmi dəstəkləməsini, işğalçı dövlət olduğunu kəskin sözlərlə və faktlarla sübut etdiniz. Sözləriniz və faktlarınız qarşınızda Ermənistan baş nazirinin arqumentsiz qalıb acizanə duruma düşməsi Sizin və Azərbaycan dövlətinin siyasi qələbəsidir. Bütün bunlara görə Sizə təşəkkürümüzü bildiririk.
Ağdam rayonunun 23 saylı köçkün tam orta məktəbinin kollektivi adından hörmətlə,
Əkbərova Sevinc.
Azərbaycan Respublikası, Yevlax şəhəri.