Emin Hüseynovdan, Şirvan, Azərbaycan


18 oktyabr 2019, 15:00
Hörmətli cənab Prezident.
Sizin diqqətiniz və qayğınız sayəsində ölkəmizdə təhsilin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşmış, çoxlu sayda yeni məktəb binaları tikilmiş və əsaslı şəkildə təmir edilmişdir.
Sizin Sərəncamınızla Şirvan şəhərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi bütün təhsil işçilərinin və şagirdlərin hədsiz sevincinə səbəb olmuşdur. Bütün bunlara görə Şirvan təhsil işləri və bütün ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildirir, hörmət və ehtiramımızı çatdırırıq.
Biz Şirvan sakinləri, eləcə də bütün Azərbaycan xalqı həmişə Sizinlədir. Biz xalq olaraq Sizi sevirik, Sizə inanmışıq və həmişə inanacağıq.
Bizim ölkəmizi Heydər Əliyev qurub-yaradıb, bu, danılmaz faktdır. Azərbaycan müstəqilliyini Heydər Əliyev sayəsində qazanıb və dünyaya tanıdılıb.
Yaşasın, İlham Əliyev!
Hörmətlə,
Hüseynov Emin Aydın oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri.