Mafizə İsmayılovadan, Yardımlı, Azərbaycan


18 oktyabr 2019, 12:40
Hörmətli cənab Prezident!
Sizin apardığınız uğurlu siyasət bütün sahələrlə yanaşı, təhsilin də sürətli inkişafına zəmin yaratmışdır. Təhsil sahəsində aparılan islahatlar, açılan yeni məktəb binaları, təhsil müəssisələrinin təmiri bu inkişafın bariz göstəricisidir.
Təhsil işçilərinin maddi təminatının artırılması və onların fəaliyyətinə verdiyiniz qiymət müəllimləri daha yaxşı işləməyə sövq edir.
Mənim 43 illik iş fəaliyyətimə yüksək qiymət verərək “Əməkdar müəllim” adı ilə təltif etdiyiniz üçün özümün, ailəmin və çalışdığım Yardımlı şəhər 2 saylı tam orta məktəbin kollektivi adından Sizə minnətdarlığımı bildirir, cansağlığı və uğurlar arzulayırıq.
Hörmətlə,
İsmayılova Mafizə Balabəy qızı
Azərbaycan Respublikası, Yardımlı rayonu.