logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Samir Paşayev və başqalarından, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

18 oktyabr 2019, 11:25

Hörmətli cənab Prezident.

Rusiya Federasiyasının Soçi şəhərində təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyiniz "Qarabağ Azərbaycandır və nida işarəsi" sözlərinizlə və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasındakı çıxışınızla Dağlıq Qarabağ məsələsindəki qətiyyətli mövqeyinizi bir daha nümayiş etdirdiniz. Sizin bu mövqeyiniz hər bir azərbaycanlının mövqeyidir. Biz ağdamlılar, o cümlədən rayonun Təzəkənd qəsəbəsinin sakinləri Sizin bu qətiyyətli mövqeyinizi dəstəkləyirik. İnanırıq ki, yaxın gələcəkdə biz öz doğma torpaqlarımıza qayıdacağıq.

Sizə bu çətin işinizdə müvəffəqiyyət arzu edirik. Üçrəngli müqəddəs bayrağımızın Şuşada dalğalanacağı gün uzaqda deyildir.

Hörmətlə,

Paşayev Samir

Allahverdiyev Kamal

Fəhradov Murtuza

Şəmilov Şəmil

Orucov Vidadi

Mehdiyev Əbülfət.

Azərbaycan Respublikası, Ağdam rayonu, Təzəkənd qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi