logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elşad Qasımovdan, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

18 oktyabr 2019, 11:00

Çox hörmətli cənab Prezident.

İsmayıllı rayonunun Diyallı kəndinin sakinləri adından Sizi salamlayır, Sizə və Mehriban xanıma sonsuz minnətdarlığımızı bildirirəm.

Siz xalqımıza böyük diqqət göstərirsiniz. Ölkəmizin əmin-amanlıq şəraitində olması, əhalinin firavan yaşaması Sizlərin sayənizdədir. Bu gün Azərbaycan parlaq səmada məğrur qartal təsiri bağışlayır. Biz vətəndaşlar bununla fəxr edirik.

Adınız hər zaman uca zirvələrdən gəlsin, cənab Prezident!

Hörmətlə,

Qasımov Elşad Telman oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi